06.10.2017 tarixində Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə 11-ci Azərbaycan Beynəlxalq Təhsil ("Education 2017”) sərgisi açılıb.
QƏRB UNİVERSİTETİ də sərgidə iştirak edir.
Ziyarətçilərə universitetin əldə etdiyi nailiyyətlər, son dönəmlərdə həyata keçirilən yeniliklər, təhsilin keyfiyyətinin artırılması istiqamətində atılmış addımlar, tədris proqramları və infrastruktur layihələri barədə məlumatlar verilir.
Şagirdlər, tələbələr, eləcə də sərgidə iştirak edən xarici vətəndaşları Qərb Universitetinin təqdim etdiyi məlumatları maraqla qarşılayıblar.
Sərgi çərçivəsində Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələr universitet, kollec, ümumi təhsil müəssisələri və təhsil mərkəzlərini təqdim edirlər.
Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavriatura, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim edilir. Ziyarətçilər bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edirlər.
Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri və müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri iştirak edib.
İştirakçıları salamlayan təhsil naziri Mikayıl Cabbarov bildirib ki, "İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil edilən bu sərgidə son illərdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunur. Nazir sərginin ziyarətçilərə təhsil sistemində baş verən dəyişikliklərə daha geniş nəzər yetirmək, startapçıların innovativ layihələri ilə tanış olmaq, əcnəbi universitetlərlə birgə əməkdaşlığın ümumi spektrini izləmək imkanı yaratdığını qeyd edib.
Mətbuat xidməti