Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İstanbulda Avrasiya Universitetlər Birliyinin (EURAS) təşkilatçılığı ilə keçirilən Beynəlxalq Təhsil Zirvəsi Sərgisində təmsil olunub.
Üç gün davam edən tədbirə 53 ölkədən iki mindən çox nümayəndə qatılıb.
“Study in Azerbaijan” çərçivəsində təqdim edilən UNEC-in stendində universitetin nümayəndələri sərgi iştirakçılarına bu ali təhsil ocağının təhsil xidmətləri, beynəlxalq əlaqələri, ikili diplom proqramları haqqında ətraflı məlumat veriblər.
UNEC-in əməkdaşları sərgidə təmsil olunan digər ali təhsil müəssisələrinin nümayəndələri, eləcə də Türkiyə Ali Təhsil Şurasının (YÖK), Fransanın “Campus France” və müxtəlif təhsil agentliklərinin nümayəndələri ilə görüşlər keçiriblər.
Görüşlərdə son illərdə UNEC-in qazandığı nailiyyətlər haqqında məlumat verilib, tələbə və müəllim mübadiləsi, ikili diplom və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

UNEC-in Mətbuat Xidməti