Atambayevin barəsində qərar çıxarıldı - Yenilənib

Atambayevin barəsində qərar çıxarıldı - Yenilənib Xüsusi xidmət orqanları əməkdaşları tərəfindən saxlanılan Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin dindirilməsi bir neçə saat davam edib.
O, Qırğızıstan Dövlət Milli Təhükəsizlik Komitəsində 6 saat sorğu-sual edilib. Avqustun 8-i Bakı vaxtı ilə saat 22:00-da başlayan və bu gün saat 04:00-da yekunlaşan dindirilmə prosesində vəkil Sergey Slesarev də iştirak edib. Ona qarşı hansı ittihamların irəli sürüldüyü isə hələ məlum deyil.
Xatırladaq ki, Atambayev avqustun 8-də könüllü şəkildə xüsusi xidmət orqanlarının əməkdaşlarına təslim olub.
**
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev məhkəmənin qərarı ilə avqustun 26-dək həbs edilib.
Bu barədə keçmiş ölkə başçısının vəkili Sergey Slesarev məlumat verib.
Atambayev Qırğızıstanın Dövlət Milli Təhükəsizlik Komitəsinin İstintaq Təcridxanasına yerləşdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər