Yeni qırğız prezidentinin inaqurasiyası olub

Yeni qırğız prezidentinin inaqurasiyası olub Qırğızıstanın yeni seçilən prezidenti Sooronbay Jeenbekov vəzifəsinin icrasına başlayıb.
Bununla da Jeenbekov Qırğızıstanın beşinci prezidenti oldu.
Təntənəli inaqurasiya mərasimi "Ala Arça” dövlət iqamətgahında baş tutur. Mərasimdə 450 qonaq iştirak edir.
Qeyd edək ki, ölkədə prezident seçkiləri oktyabrın 15-də keçirilib. Əsas post uğrunda mübarizəyə 11 namizəd qoşulub. Keçmiş baş nazir Jeenbekov namizədliyini Sosial-demokratlar partiyasından verib. O, seçicilərin 54 faizinin səsini qazana bilib.

Tehsil-press.az


Oxşar xəbərlər