İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclası keçirilib. Nazirliyin strukturlarının və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda İqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev vurğulayıb ki, müşavirədə Azərbaycanın Prezidenti 2019-cu ilin birinci yarımilliyində ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrinin icra olunduğunu qeyd edib, görülmüş işləri müsbət qiymətləndirib.
Qeyd edilib ki, sosial-iqtisadi sahə ilə bağlı müşavirədə dövlət başçısı qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib. İqtisadiyyatın aparıcı sahələrinin inkişafı istiqamətində görülən işlərdən danışan Şahin Mustafayev bildirib ki, Prezidentin sənayeləşmə siyasətinə uyğun olaraq, sənaye parkları və məhəllələrinin yaradılması, rezidentlərin fəaliyyətinin genişləndirilməsi və yeni iştirakçıların cəlb edilməsi istiqamətində işlər davam etdirilir.
Kollegiya iclasında qeyri-neft sənayesinin sürətlə inkişaf etdiyi, toxuculuq, qida, spirtli və spirtsiz içki, avtomobilqayırma, kimya, ağac emalı, mebel istehsalı sahələrində yüksək artıma nail olunduğu diqqətə çatdırılıb, bu sahələrin, eləcə də, gön-dəri emalı, balıqçılıq sahələrinin inkişafı istiqamətində görülən işlərin davam etdirilməsi barədə göstərişlər verilib.
Bildirilib ki, bu ilin birinci yarısında özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilib.
İclasda özəl sektorda həyata keçirilən layihələrə dövlət dəstəyi tədbirlərinin gedişi də müzakirə olunub.
Tehsil-press.az