Hazırda ölkəmizdə fəaliyyət göstərən sənaye müəssisələrində ərzaq məhsulları, müxtəlif tikinti materialları, avtomobil, kompüter, günəş batareyaları, elektrik avadanlıqları, mebel və s. istehsal olunur, bir çox sənaye məhsulları üzrə Azərbaycan özünü təmin edir.
Tehsil-press.az İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən geniş kollegiya iclasında bu qeyd olunub.
Dövlət başçısının 2016-cı ilin dərin iqtisadi islahatlar ili olacağını bəyan etdiyini vurğulayan iqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev bu istiqamətdə həyata keçirilən tədbirlər və bu ilin birinci yarısının əsas sosial-iqtisadi göstəriciləri barədə məlumat verib.
Kollegiya iclasında İqtisadiyyat Nazirliyinin aidiyyəti qurumlarının rəhbərləri dövlət başçısının tapşırıqlarının icrası istiqamətində görülən işlər, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məruzələrlə çıxış ediblər.
Qeyd olunub ki, istehsalda yerli xammalın xüsusi çəkisinin artırılması istiqamətində sistemli tədbir görülür. Son dövrlərdə yaradılan tikinti materilalları istehsalı sahələri - sement, gips əsaslı məhsullar, hörgü blokları, metal konstruksiyalar istehsalı, eləcə də elektrik avadanlıqları və elektrik kabellləri, iri qabaritli transfarmatorlar istehsalı daxili tələbatı tam ödəməyə yanaşı, xarici bazarlara ixrac etmək imkanı yaradır.
Hazırda tikintisi həyata keçirilən polimer, əhəng istehsalı və fasad məmulatları müəssisələri bu sahələrdə də özünü təminat səviyyəsini yüksəldəcək. Tikintisi davam etdirilən Karbamid zavodu kənd təsərrüfatının inkişafında xüsusi əhəmiyyət kəsb etməklə, azot gübrəsinə olan tələbatı tam ödəyəcək. Layihənin dəyəri 900 mln. avrodur. Hazırda zavodun tikintisinə 2300 nəfər cəlb olunub. Müəssisənin 2018-ci ilin ilk aylarında istifadəyə verilməsi nəzərdə tutulur.
Tehsil-press.az