Avqustun 26-da Fövqəladə Hallar Nazirliyində (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin bir qrup əməkdaşının təltifetmə mərasimi keçirilib.
Mərasimdə Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov iştirak ediblər.
Qeyd edək ki, FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) hərbi qulluqçuları iyulun 24-də qəzaya uğramış Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29” təyyarəsinin pilotunun nəşinin və təyyarənin qalıqlarının axtarış-xilasetmə əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsi işində yüksək peşəkarlıq, bacarıq və fədakarlıq göstərərək fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən fəxri fərmanla təltif edilib, qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Mərasimdə çıxış edən Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev “MiQ-29” hərbi təyyarəsinin pilotunun həlak olmasının təkcə Müdafiə Nazirliyi deyil, dövlət və xalq üçün böyük itki olduğunu vurğulayıb. Bildirib ki, FHN-in əməkdaşları qəza axtarış-xilasetmə əməliyyatlarında iştirak edərək vəzifə borclarını yerinə yetiriblər. Nazir müavini XRXX-nin əməliyyatlarda fərqlənmiş hərbi qulluqçuların Müdafiə Nazirliyi tərəfindən təltif edilməsini böyük diqqət adlandırıb və buna görə minnətdarlığını bildirib.
Sonra FHN XRXX-nin 11 əməkdaşına fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də Müdafiə Nazirliyinin xüsusi mükafatı ilə təltif olunub.
Tehsil-press.az