Şamaxıda startapçı tələbələr üçün “Innocamp” innovasiya yay düşərgəsi keçirilib. Burada Bakı, Naxçıvan, Lənkəran, Gəncə, Mingəçevir, Şəki, Sumqayıt, Sabirabad, Zaqatala, Şamaxı, Göyçay və Tovuzda keçirilmiş startap turlarının finalçıları iştirak edib. 18 komandanı təmsil edən 54 tələbə üçün marketinq, dizayn və təqdimatların hazırlanması üzrə təlimlər keçirilib.
Düşərgədə universitetin startap komandası da iştirak edib. Komanda üzvləri Etibar Abbasov, İsmayıl Nəzərli və Məhərrəm Alimli düşərgədə “Palliativ+” layihəsini təqdim ediblər. Layihənin məqsədi ölkəmizdə palliativ qulluq xidmətinin daha əlçatan vəziyyətə gətirməkdir.
Universitetin komandası üç gün davam edən təlimlərdə aktiv iştirak edib və öz startaplarının inkişafı üçün mütəxəssislərdən dəyərli məsləhətlər alıb. Onlara startap ekosistemi, ideyanı biznesə çevirməyin yolları barədə məlumat verilib. Düşərgədə bu sahədə bilik mübadiləsi aparılıb və ümumi ekosistemin formalaşdırılması müzakirə edilib.
Qeyd edək ki, “Innocamp” innovasiya yay düşərgəsi Şamaxıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətləri tərəfindən “İ2B-İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilib.

ATU-nun Mətbuat Xidməti