Oktyabrın 3-də Azərbaycan Texniki Universitetində (AzTU) "İdeyadan biznesə” layihəsi çərçivəsində startap turu keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Heydər Əliyev Azərbaycan Gənclər Fondu, BMT-nin İnkişaf Proqramı və “Microsoft” şirkəti ilə birgə həyata keçirdiyi layihənin əsas tərəfdaşı “Azercell Telekom” şirkətidir.
Prorektor Sübhan Namazov layihənin startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək vermək məqsədi ilə reallaşdırıldığını diqqətə çatdırıb. Qeyd edib ki, “İdeyadan biznesə” layihəsi gənclərdə düşünmə və komanda halında işləmək bacarığı formalaşdırmaqla yanaşı, ölkəmizdə innovativ düşüncə tərzinin təbliği baxımından böyük əhəmiyyət kəsb edir.
NRYTN-in İnformasiya Kommunikasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov və Azərbaycan Gənclər Fondunun nümayəndəsi Ramil Məmmədov çıxışlarında “İdeyadan biznesə” layihəsinin önəmindən danışıblar.
Startap turu çərçivəsində iştirakçılar üçün startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, investorlara layihənin satışı yolları, bazarın araşdırılması məsələlərini əhatə edən təlim keçirilib.
Təlimdən sonra peşəkar mentorlar tərəfindən ideyası olan iştirakçılardan ibarət 13 komanda formalaşdırılıb və onlar müsabiqəyə hazırlanıb. Həmin layihələrin hər birinin ayrı-ayrılıqda “Kanvas” modelinə əsasən, biznes sxemləri işlənib. Bu model sadə və unikal olduğu üçün sahibkarlıq sahəsində iş planlarının hazırlanmasında çox mühüm yer tutur.
Daha sonra komandalar 3 dəqiqə ərzində öz layihələrini münsiflər heyəti qarşısında təqdim ediblər. Münsiflər layihələri “İdeya”, “İnnovasiyalar”, “Texnologiyalar” və “Mümkünlük” meyarları üzrə qiymətləndiriblər.
Müsabiqədə I yeri “EAGLE 1”, II yeri “Miracl crystale”, III yeri isə “Jast-Discover and live it” komandası tutub.
Tədbirin yekununda qaliblər mükafatlandırılıb və oktyabrın 8-də Bakıda keçiriləcək milli finalda iştirak hüququ qazanıblar. Milli finalın qalibləri təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılmaqla yanaşı, “Bakutel-24” Beynəlxalq telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgi-konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı qazanacaqlar.
Hikmət Əliyev