Diaspor Gənclərinin I Yay Düşərgəsi başlayır

Diaspor Gənclərinin I Yay Düşərgəsi başlayır Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Diaspor Gənclərinin I Yay Düşərgəsi başlayır. Layihə Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir.
Düşərgədə iştirak edəcək gənclərin seçimi artıq yekunlaşıb. Nəticələrlə bağlı iştirakçılara məlumat verilib. Düşərgədə iştirak etmək üçün 50-yə yaxın ölkədən yüzlərlə müraciət daxil olub. Düşərgəyə gəlmək hüququ qazanan gənclərlə yenidən əlaqə saxlanılacaq və onlara əlavə məlumatlar veriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər