Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru vəzifəsini icra edən Xalıq Yahudov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “İdeyadan biznesə” startap turunun AzTU-dan olan finalçıları ilə görüşüb.
Görüşdə X.Yahudov tələbələrin layihələrinin reallaşdırılması üçün universitet tərəfindən hər cür dəstəyin göstəriləcəyini qeyd edib. AzTU-da startap hərəkatının genişləndiyi deyən X.Yahudov yaxın günlərdə universitetdə Startap İnkubasiya Mərkəzinin yaradılacağını bildirib.
Daha sonra tələbələr layihələri ilə bağlı gələcək planları haqqında rektor əvəzinə ətraflı məlumat veriblər.
Qeyd edək ki, bu ilin aprel ayından icrasına başlanılan və ölkəmizin 16 ali, 3 ümumtəhsil müəssisəsinin iştirak etdiyi “İdeyadan biznesə” layihəsi çərçivəsində keçirilən startap turlarının respublika finalında ümumilikdə 15 komandadan ikisi AzTU-nun tələbələrindən təşkil olunub. “Just” və “Eagle 2.0” adları ilə yarışan komandalar öz startaplarını dekabrın 4-dən 7-dək keçiriləcək “Bakutel-2018” sərgisində nümayiş etdirəcəklər.

AzTU-nun Mətbuat Xidməti