ADNSU-da “İdeyadan biznesə” layihəsi çərçivəsində startap turu təşkil olunub

ADNSU-da “İdeyadan biznesə” layihəsi çərçivəsində startap turu təşkil olunub Sentyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Microsoft” şirkətinin təşkilatçılığı ilə “İdeyadan biznesə” layihəsi çərçivəsində startap turu keçirilib.
Tədbirdə bu ali məktəbin tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov son illər universitetdə startap sahəsində görülən işlərdən danışıb. Tələbələrin innovativ ideyalarının inkişaf etdirilməsi üçün ADNSU-da “eazi START” Startap və İnnovasiya Mərkəzinin fəaliyyət göstərdiyini deyən prorektor mərkəzə ABŞ, İsrail, Ukrayna və digər ölkələrdən mütəxəssislərin dəvət olunduğunu bildirib. İndiyədək universitetdə iki dəfə startap festivalının keçirildiyini xatırladan Q.Məmmədov tələbələrin bəzi layihələrinin uğur qazandığını diqqətə çatdırıb.
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov “İdeyadan biznesə” layihəsinin konsepsiyası, məqsədi və hədəfləri barədə məlumat verib. Ölkə rəhbərliyinin diqqət və qayğısı ilə startap ekosisteminin inkişaf etdirildiyini vurğulayan icraçı direktor startapın inkişafı üçün gənclərə hər cür şərait yaradıldığını qeyd edib. ADNSU-da startap ideyalarının inkişafına böyük diqqət yetirildiyini deyən E.Zeynalov indiyədək universitetin startap mərkəzinin bir neçə layihəsinin Fond tərəfindən maliyyələşdirildiyini bildirib.
Tədbir çərçivəsində iştirakçılar üçün informativ sessiya keçirilib. Sessiyada gənclərə biznes layihələrinin hazırlanması, müzakirəsi, təqdimatı, eləcə də startap-komandaların və ideyaların formalaşdırılması yolları öyrədilib.
Sonra tələbələrdən ibarət komandalar arasında müsabiqə keçirilib. Komandalar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim edib.
Yarışda birinci, ikinci və üçüncü yerləri tutan komandalar mükafatlandırılıb.

ADNSU-nun Mətbuat Xidməti


ADNSU-da “İdeyadan biznesə” layihəsi çərçivəsində startap turu təşkil olunubADNSU-da “İdeyadan biznesə” layihəsi çərçivəsində startap turu təşkil olunubADNSU-da “İdeyadan biznesə” layihəsi çərçivəsində startap turu təşkil olunubADNSU-da “İdeyadan biznesə” layihəsi çərçivəsində startap turu təşkil olunub

Oxşar xəbərlər