2018-2019-cu tədris ilinin yekunlarına və 2019-2020-ci tədris ilinin başlanmasına həsr edilmiş Pirallahı rayon müəllimlərinin konfransı keçirilib.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısınn I müvini Vəzir Səfixanov, millət vəkili Rauf Əliyev, rayonun təhsil işçiləri, ali məktəblərə yüksək balla daxil olan abituriyentlər, onların valideynləri və ictimayyətin digər nümayyəndələri iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov açdı.
V.Səfixanov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi və iqtisadi kursun, bütün sahələri əhatə edən islahatların ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər Azərbaycanın dünyada ən qabaqcıl ölkələr sırasına çıxdığını vurğuladı, müstəqillik yolunda inamla addımlayan Azərbaycanın inkişafında təhsilin önəmli yerlərdən birini tutduğunu qeyd etdi.
Millət vəkili Rauf Əliyev, 186 №-li tam orta məktəbin direktoru Şakir Mikayılov və başqaları ümummilli lider Heydər Əliyevin təhsillə bağlı siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışdı, Azərbaycanın I Vitse-prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun ölkə təhsilinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin sağlam həyat tərzinin formalaşdırılması istiqamətində yorulmaq bilmədən fəaliyyət göstərməsini vurğuladılar. Pirallahı Rayon İcra Hakimiyyətinin rayonda təhsilin inkişafına göstərdiyi diqqət və qayğı xüsusi qeyd edildi.
Daha sonra millət vəkili Rauf Əliyev yüksək balla ali məktəblərə daxil olan məzunları təbrik etdi və onlara təhsildə müvəffəqiyyətlər arzuladı. Millət vəkili son illərdə rayonda ali məktəblərə daxil olanların sayının artığını qeyd edərək bildirdi ki, əgər 2017-2018 –ci tədris ilində Ali məktəblərə qəbul üçün sənəd verənlərin 77%-i qəbul olmuşdursa, 2018-2019-cu tədris ilində bu rəqəm 84,5 % olmuşdur. Bu çox yüksək nəticədir.
Millət vəkili bu yüksək nəticəyə görə rayonun təhsil işçilərini təbrik edərək onlara yeni dərs ilində uğurlar arzu etdi.
Sonra qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanmış keçmiş abituriyentlərin Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılma mərasimi keçirildi.
Tehsil-press.az