Heydər Əliyevin 95-illiyi Mersində təntənəli qeyd olunacaq

Heydər Əliyevin 95-illiyi Mersində təntənəli qeyd olunacaq Xətai rayon İcra Hakimiyyəti tərəfindən Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlər davam edir.
Bu gün Xətai rayonunun qardaşlıq münasibətləri qurduğu Türkiyənin Mersin vilayətinin Tarsus şəhərində ümummilli lider Heydər Əliyevin doğum gününün 95-ci ildönümü münasibətilə təşkil olunmuş tədbirdə Xətai rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədov, millət vəkili Hüseynbala Mirələmov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Mersin Böyükşəhər Bələdiyyəsinin Başqanı Burhanəttin Koçamaz,Tarsus Bələdiyyə Başkanı Şövkət Can və digər rəsmi qonaqlarla yanaşı Mersində və ətraf Universitetlərdə təhsil alan tələbələr və iş adamları da iştirak edəcək.
Tədbir Türkiyə vaxtı ilə saat 16:30-da Tarsus şəhərindəki Heydər Əliyevin adını daşıyan parkda təşkil olunacaq.
Anım mərasiminə Türkiyə mətbuatında xüsusi diqqət ayrılıb.

Tehsil-press.az

Oxşar xəbərlər