Suraxanı rayonunda 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər güllər qoyublar.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli təhsil strategiyasını bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Son 14 ildə milli təhsil sisteminin məzmununda əsaslı keyfiyyət dəyişiklikləri baş verib. Mütərəqqi yeniliklərin tətbiqi yolu ilə milli təhsil sistemi müasirləşdirilir. Dünya təhsil məkanına inteqrasiya ölkəmizdə reallaşdırılan dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib.
Qeyd edilib ki, təhsilə göstərilən dövlət qayğısı Suraxanı rayonundan da yan keçməyib. Rayonda son 14 ildə 5920 şagird yerlik 7 məktəb binası, şagird sıxlığını aradan qaldırmaq məqsədilə 14 məktəb üçün 7340 şagird yerlik 17 əlavə tədris korpusu tikilib, 26372 şagird yerlik 23 məktəb binası əsaslı təmir olunub. Hazırda rayonun təhsil müəssisələrində 39624 şagirdin təlim-tərbiyəsi ilə 3230 müəllim məşğul olur. Ötən tədris ilində rayon məktəblərini 2005 şagird bitirib. Onlardan 1977-si attestat alıb, 1578-i ali məktəblərə qəbul olunmaq üçün sənəd verib. Sənəd verənlərdən 1111 nəfəri tələbə adını qazanıb. Onlardan 78-i 600-dən yuxarı bal toplayıb. 650-dən çox bal toplayanların sayı isə 29 nəfərdir. Rayonda yerləşən 278 saylı tam orta məktəbin məzunu Pərvin Əhmədova ən yüksək nəticə göstərərək 700 bal toplayıb, 6 məzun isə Prezident təqaüdünə layiq görülüb.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı Bəşarət Məmmədli, 278 nömrəli tam orta məktəbin direktoru Məlahət Əliyeva və başqaları təhsilə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra təhsil işçiləri və qəbul imtahanlarında ən yüksək nəticə göstərən məzunlar rayon icra hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif ediliblər.
Kəmalə Rəhimli