Azərbaycanda qadınların sahib olduqları müəssisələrin sayı artıb

Azərbaycanda qadınların sahib olduqları müəssisələrin sayı artıb Qadın hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda güclü hüquqi qanunvericilik bazası yaradılıb. Bu sənədlər kişi və qadınların dövlətin idarə olunmasında bərabər təmsilçiliyinə, ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına təminat verir.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Bakıda keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP – İnternational Conference of Asian Political Parties) Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclasının açılışında çıxışı zamanı bildirib.
S.Qəhrəmanova bildirib ki, qadınlarımız ölkənin iqtisadi, sosial və siyasi inkişafı, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, yoxsulluğun ləğv olunması, davamlı iqtisadi inkişafa nail olunması, bütün sahələrdə gender bərabərliyinin təmin edilməsində aktiv iştirak edir.
Sədr müavini qeyd edib ki, hazırda qadınlarımız həm idarəetmə, həm də qərar qəbuletmə sahələrində təmsil olunurlar. Hüquq-mühafizə orqanlarında, elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə qadınların sayı ildən-ilə artır.
Komitə rəsmisi bildirib ki, Azərbaycanda son illərdə qadınların sahib olduqları müəssisələrin sayının artdığı müşahidə edilir. Hazırda sahibkar qadınların Azərbaycanda xüsusi çəkisi 30 faizə çatdırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər