Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Parisdə Fransanın müvafiq qurumlarının rəhbərləri ilə görüşüb. Görüş bu ölkənin aidiyyəti qurumları ilə imzalanmış memorandum çərçivəsində ikitərəfli əlaqələrin daha da genişləndirilməsi məqsədi daşıyır.
Hicran Hüseynova Fransa Milli Assambleyasının qadın hüquqları komitəsinin sədri Mari-Pyer Riksen (Marie-Pierre Rixain), Milli Assambleyanın vitse-prezidenti Karol Büro-Bonar (Carole Bureau-Bonnard), Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Pyer-Alən Raffan və Beynəlxalq Frankofoniya Təşkilatının dəstəyi ilə yaradılmış Qadın Frankofon Yazıçılar Parlamentinin sədri Fövziyə Zuari (Favvzia Zouari) ilə görüşüb.
Görüşlərdə qadın məsələləri üzrə ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Fransanın Həmrəylik və Sosial Birlik Nazirliyinin nəzdində olan Sosial Birlik üzrə Baş Direktorluğu və Əmək, Məşğulluq və Səhiyyə Nazirliyinin beynəlxalq əməkdaşlıq üzrə xidməti - GIP International ilə birgə həyata keçirilmiş Tvininq layihəsi xatırlanıb. Bu layihə çərçivəsində ölkəmizin müvafiq qanunvericiliyində gender ekspertizasının keçirilməsindən və onun ekspertlər tərəfindən yüksək qiymətləndirilməsindən söz açılıb.
Bu sahədə ölkəmizdə əldə olunan nailiyyətlər, qadınların ölkəmizin siyasi, iqtisadi, sosial sahələrində fəal olması, qadınların iqtisadi müstəqilliyinin təmin edilməsi istiqamətində görülən tədbirlər, habelə qadın sahibkarlara dövlət dəstəyi göstərildiyi diqqətə çatdırılıb. Ölkəmizdə həyatın bütün sahələrində qadınların təmsil olunduğu və onların sayının getdikcə artdığı vurğulanıb. ABAD və AMAL sosial layihələrindən danışılıb.
Fransa nümayəndələri ölkələrində qadınlara qarşı zorakılığın artmasından narahatlıqlarını ifadə edərək, bu sahədə ölkəmizin təcrübəsi ilə maraqlanıblar. Bir çox sahələrdə qadınlarla bağlı, onların maarifləndirilməsi, stereotiplərin aradan qaldırılması istiqamətində ölkəmizdə görülən tədbirlər Fransanın aidiyyəti qurumlarının üzvlərini çox maraqlandırıb və onlar bu sahələrdə birgə layihələr həyata keçirilməsi ilə bağlı istəklərini səsləndiriblər.
Gender sahəsində ölkəmizdə qəbul edilmiş qanun layihələrindən, digər dövlət qurumlarının təmsil olunduğu monitorinq qrupundan, qadınlara qarşı zorakılıqla bağlı məlumat bankından danışılıb. Zorakılığa qarşı həyata keçirilən preventiv tədbirlər fransız məmurlar tərəfindən təqdir olunub.

Şəhla Ağalarova