ABŞ-ın Azərbaycandakı Səfirliyi və Azərbaycan Dillər Universitetinin (ADU) Bakı Amerika Mərkəzinin birgə əməkdaşlıq çərçivəsində İngilis dili müəllimləri üçün həyata keçirdiyi ənənəvi İngilis Dili Həftəsi son çatıb.
ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer ilə görüşən ADU-nun rektoru akademik, xalq yazıçısı Kamal Abdulla səfiri hər zaman universitetdə görməkdən məmnun olduğunu deyib. Rektor Kamal Abdulla qonağı “Səfir saatı” layihəsində tələbələrlə görüşməyə, onları maraqlandıran mövzularda müzakirələr aparmağa dəvət edib. İngilis dili həftəsinin keçirilməsinin əlamətdar hadisə olduğunu deyən Kamal Abdulla bu kimi tədbirlərin universitetin təbliğində mühüm rol oynadığını deyib. Bu tədris ilində qəbul göstəricilərinin yüksək olduğunu deyən rektor, bu vəziyyətin universitetin nüfuzunun yüksəlməsində mühüm olduğunu diqqətə çatdırıb. ADU-nun Serbiya, Macarıstan, Rusiya kimi ölkələrlə yeni əlaqələr qurduğunu deyən akademik Kamal Abdulla ABŞ universitetlərinin də bu siyahıda yer alacağına, davamlı və səmərəli əlaqələrin yaranacağına ümid etdiyini söyləyib. Azərbaycanda Amerika mərkəzinin fəaliyyətindən danışan universitet rəhbəri Azərbaycanın da Amerikada tanıdılması məqsədilə ölkənin mədəniyyətini, tarixini, ədəbiyyatını təbliğ edən mərkəzlərin açılmasını təklif edib.
Akademik Kamal Abdulla Azərbaycan multikulturalizm dəyərlərindən də söz açıb. Multikulturalizmin Azərbaycanda dövlət siyasəti olduğunu deyən rektor bu istiqamətdə ingilis dilində çap olunmuş və ya tərcümə olunmuş müxtəlif dərs vəsaitlərinin mövcudluğundan bəhs edib. O, bu sahədə əməkdaşlığın iki ölkə arasında elmi və tədris dairələrində yeni perspektivlərə yol açacağını qeyd edib.
İngilis dili həftəsinin elm həftəsi olduğunu deyən rektor siyasi partnyorların dilinin mənimsənilməsinin həmin xalqların mədəniyyətinə, həyat tərzinə, ədəbiyyatına daha yaxından bələd olmağa imkan yaratdığını qeyd edib. Azərbaycanın da tanıdılması istiqamətində mühüm addımların atıldığını deyən Kamal Abdulla dünyanın da bu çağırışlara cavab verməsindən şad olduğunu söyləyib.
Universitetdə olmaqdan məmnun olduğunu deyən diplomat “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşün təşkil olunacağını bildirib. Səfir İngilis dili həftəsinin təşkilində şərait yaradıldığı üçün universitet rəhbərinə və digər əməyi keçən şəxslərə təşəkkürünü bildirib. Səfir fəaliyyəti dövründə əsas məqsədinin mübadilə prosesini genişləndirmək və ingilis dilinin tədrisini artırmaqdan ibarət olduğunu deyib. O, ingilis dilinin uğur əldə olunmasındakı müstəsna rolundan, gələcək nəsillərə ötürülməsindəki xeyrindən bəhs edib. İngilis dili həftəsi kimi layihələrin keçirilməsinin gələcək pespektivlərə yol açdığını diqqətə çatdırıb.
Görüş müəllimlərin mübadiləsi, təhsilin idarəedilməsində birgə layihələr haqqında müzakirələrlə davam edib.
Qeyd edək ki, 9-13 sentyabr tarixlərində Bakı şəhərində və müxtəlif Azərbaycanın regionlarında yerləşən məktəb və liseylər, universitetlərdən olan 109 nəfər müəllimlər Amerika Mərkəzində İngilis dili sessiyalarında innovativ metodlardan istifadə edərək praktiki ünsiyyət bacarıqlarını inkişaf etdiriblər. İnteraktiv sessiyalarda müəllimlər tədris planlarında video mühazirələrdən necə səmərəli şəkildə istifadə etmək, sosial medianın mənalı şəkildə sinifə necə inteqrasiya etmək və digər innovativ dərs metodlarının istifadə texnologiyalarının tətbiqini öyrəniblər.
İngilis Dili həftəsi pedaqoji sahənin peşəkar təlimçilər Stephen Sadlier, Richard Schlight, Jordan Troisinin rəhbərliyi ilə Daha çox ünsiyyət qurma – rəqəmsal müzakirələr, Dili tədrisində yaradıcılıq, Tələbələrin və ya şagirdlərin həvəsləndirilməsi, Qrammatikanı kommunikativ şəkildə öyrədilməsi, Sinif tədrisində vizual istifadə, İngilis dilinin tədrisində riyaziyyatın tətbiqi, Daha böyük auditoriya olan siniflərdə danışıq strategiyaları, Dilin tədrisində innovasiya xarakterli metodlardan istifadə, Yüksək bilikli öyrənənlərdə refleksiv və tənqidi düşüncə bacarığının inkişaf etdirilməsi, Effektiv dil tədrisi üçün dərsin planlaşdırılması, İngilis dilində esse yazarkən düzgün yazılış qaydasının tətbiq edilməsi, Dil sinifində yeni öyrənmə tədqiqatlarından istifadə, İngilis dilində necə səlis danışmaq olar: öyrənmək və öyrətmək haqqında ümumi yanlış təsəvvürlər və miflərlə bağlı sessiyalardan ibarət olub.

ADU-nun Mətbuat Xidməti