Koreyanın səfiri ADU-da olub

Koreyanın səfiri ADU-da olub Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Tong Opla görüşüb.
Qonağı salamlayan rektor onu universitetdə görməkdən məmnun olduğunu bildirib. Universitetdə 20-ə yaxın dil və mədəniyyət mərkəzinin mövcudluğundan danışan K.Abdulla Koreya mərkəzinin fəaliyyətindən söz açıb. Rektor K.Abdulla 54 tələbənin Koreya dilini öyrəndiklərini və bu sayın getdikcə daha da artacağını bildirib. Tələbələr arasında Koreya dilini, mədəniyyətini, tarixini öyrənməyə çox böyük potensial, istək və həvəs olduğunu deyən rektor Koreyada da Azərbaycan dilinə eyni münasibətin göstəriləcəyinə ümid etdiyini bildirib.
Koreya Mədəniyyət Mərkəzinin Azərbaycan Dillər Universitetinin nəzdində təsis edilməsindən 25 il keçdiyni deyən K.Abdulla bu ildönümünün Ural-Altay nəzəriyyəsinin banilərinə həsr olunmuş tədbir şəklində qeyd olunmasının əhəmiyyətindən danışıb.
Akademik K.Abdulla səfirlik və universitet arasındakı qədim tarixə malik əlaqələrin daha da genişlənəcəyi və birgə uğurların davamlı olacağına inamını ifadə edib. Akademik Koreyanın universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin yaradılmasının əlaqələr çərçivəsində məqsədlərə doğru daha inamla irəliləməyə vasitə olacağını qeyd edib.
Koreyanın səfiri K.T.Op səmimi qəbula görə təşəkkürünü bildirib. Səfir qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində mühüm rol oynayan gənclərlə bağlı məsələlərin müzakirəsi üçün universitet rəhbərləri ilə görüşməyin vacibliyindən danışıb. Buna görə də bu gün ADU-da olmaqdan məmnunluğunu ifadə edən səfir ADU ilə əlaqələrin Koreya üçün xüsusi məna daşıdığını bildirib. Rektorun fikirləri ilə razı olduğunu deyən səfir ADU-da Koreya dilini öyrənən tələbələrin gələcək əməkdaşlığın dərinləşdirilməsində böyük işlər görəcəyinə əminliyini ifadə edib. Birgə tədbirlərin, layihələrin təşkilində maraqlı olduğunu deyən K.T.Op ADU-da Koreya guşəsinin təşkil olunacağını diqqətə çatdırıb.
ADU-nun Tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev universitet haqqında statistik məlumatları diqqətə çatdırıb, fəaliyyət istiqamətindən bəhs edib.
Azərbaycan və Koreya dilinin təbliği istiqamətindəki ideyalar, birgə layihələr, tələbə-müəllim mübadiləsi, təqaüd proqramları, gələcək perspektivlər müzakirə olunub.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

ADU-nun Mətbuat Xidməti


Koreyanın səfiri ADU-da olubKoreyanın səfiri ADU-da olub

Oxşar xəbərlər