Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Rumın Dili və Mədəniyyəti İnstitutunun rəhbəri Daiana Cuibusla görüşüb.
Rektor qonaqları rəhbərlik etdiyi təhsil ocağında görməkdən məmnun olduğunu diqqətə çatdırıb. Martın 16-da ADU-da Rumın dili və mədəniyyəti mərkəzinin açılmasını ikitərəfli əlaqələr üçün müsbət addım kimi dəyərləndirən Kamal Abdulla mərkəzin uğurlu fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib:
“Azərbaycan Dillər Universitetində Rumın dili və mədəniyyəti mərkəzinin yaradılması faydalı işgüzar əlaqələrə gətirib çıxaracaq. Bizim universitetdə 20-ə yaxın ölkənin dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir. Onların hər biri təmsil etdikləri ölkələrin universitetləri ilə sıx əlaqədədirlər. Biz eyni zamanda Rumıniya universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasını planlaşdırırıq”.
Rumın Dili və Mədəniyyəti İnstitutunun rəhbəri Diana Cuibusl rəhbərlik etdiyi institutun bütün dünyada rumın dili və mədəniyyəti üzrə ixtisaslaşdığını diqqətə çatdırıb:
“Azərbaycanda rumın dilinin tədrisinə imkan yaratdığınıza görə sizə təşəkkür edirəm. Dillər vasitəsi ilə insanlar bir-birinə yaxınlaşırlar. Biz müxtəlif istiqamətlərdə əməkdaşlıq qura bilərik. Sizin çox gözəl tələbələriniz var. Biz onlarla yaxından maraqlanacaq, tədris prosesini izləyəcəyik”.
Görüşdə daha sonra qarışılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib, gələcəkdə ADU-dakı Rumın dili və mədəniyyəti mərkəzində latın dilinin tədrisi istiqamətində fikir mübadiləsi aparılıb.

ADU-nun Mətbuat Xidməti