ABŞ-da son 30 ildə seçki nəticələrini tapan ekspert: "2019-cu ildə Trampı impiçment gözləyir"

ABŞ-da son 30 ildə seçki nəticələrini tapan ekspert: Tanınmış ABŞ tarixçisi və politoloqu Allan Lixtman prezident Donald Trampın yeni ildə demokratlar tərəfindən nəzarət ediləcək Nümayəndələr palatasında impiçmentə məruz qalacağını söyləyib.
Qeyd edək ki, Allan Lixtman son 30 ildə ABŞ-da keçirilən bütün prezident seçkilərinin qalibini öncədən görə bilən ekspert kimi tanınır.
O, hətta 2016-cı ildə hər kəsin şəksiz qalib gözü ilə baxdığı Hillari Klintonun məğlubiyyətlə üzləşəcəyini öncədən təxmin edə bilmişdi.
Almaniyanın “DW” kanalına danışan Allan Lixtman Trampın öz kreslosu uğrunda mübarizə aparacığını, lakin ən sonda məğlub olacağını idddia edib.
“Hesab edirəm ki, D.Tramp xüsusi prokuror Robert Müllerin təhqiqatı ilə bağlı olaraq olduqca təhlükəli nöqtədədir”, - deyə amerikalı ekspert bəyan edib.
Onun sözlərinə görə, Müllerin əlində D.Trampın ətrafının Rusiya ilə bağlantılarını göstərən daha çox fakt var və bütün bunlar 2016-cı ildə demokratiyanın pozulması və seçkilərin saxtalaşdırılması ilə bağlı sui-qəsdin üstünü aça bilər.
“Mən inanmıram ki, bunun üzərində bu qədər çalışan Müller bir gün gəlib “bağışlayın, heç nə tapa bilmədim” desin”, - deyə amerikalı ekspert bildirib.
Lixtman ABŞ Senatındakı say üstünlüyünün (51-49) impiçment prosesini əngəlləyə bilməyəcəyini düşünür (Nümayəndələr palatasından əlavə, Senatın 2/3 hissəsi də prezidentin vəzifədən getməsinə səs verməlidir).
Onun fikrincə, Trampla bağlı kompromat materiallarının axınının davam etməsi və prezidentin özünün xidməti vəzifəsindəki davranışları respublikaçıların da impiçment məsələsində mövqeyinə əhəmiyyətli dərəcədə təsir göstərəcək.

Tehsil-press.az

Oxşar xəbərlər