“Mən həyatdan beşəlli yapışan adam deyiləm...”

“Mən həyatdan beşəlli yapışan adam deyiləm...” “Mən həyatdan beşəlli yapışan adam deyiləm. Yaşadığımızı yaşamışıq, gördüyümüzü görmüşük”.
Bu sözləri qəfil ölümü ilə hər kəsi kədərləndirən filologiya üzrə fəlsəfə doktoru, keçmiş TQDK sədri Vurğun Əyyub mediaya son müsahibəsində deyib. Azərbaycanda test imtahanının əsasını qoyan V. Əyyub gördüyü əməllərdən razı qaldığını bildirib:
“Nəyi bacarmışamsa, onu etmişəm. Vətən qarşısında da, xalq qarşısında da pis əməlim, utanılacaq bir işim yoxdur. Xəstələnəndən bəri beynimdə 2 misra dolaşır. Hardan gəlib beynimə düşüb, özümün ağlıma gəlib, başqasınındırmı bilmirəm. Belədir: mən getsəm, dərələr, dağlar qalacaq, buludlar qalacaq, ağlar qalacaq. İnsan həyatı hardasa bitəcək”.

Tehsil-press.az

Oxşar xəbərlər