Dekabrın 3-də Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində gələn il ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni modelinə dair seminar keçiriləcək.
Saat 10:00-da keçiriləcək iclasda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin ümumi təhsil səviyyəsi üzrə buraxılış imtahanının yeni modelinə dair məruzə ilə çıxışı nəzərdə tutulub.
TQDK-nın şöbə müdiri Afiqə Batıyevanın moderatorluğu ilə Azərbaycan dili fənni üzrə keçiriləcək seksiya iclasında Bakı Dövlət Universitetinin (BDU) nəzdində Türk Liseyinin müəllimi Saməddin İbrahimov buraxılış imtahanı proqramı, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında çıxış edəcək.
Seminar çərçivəsində TQDK-nın şöbə müdiri Oleq Şelaqinovun moderatorluğu ilə keçiriləcək riyaziyyat fənni üzrə seksiya iclasında isə komissiyanın sektor müdiri Aydın Qasımovun buraxılış imtahanı proqramı, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında məruzəsi dinləniləcək.

TQDK-nın Mətbuat Xidməti