Sorğu: Fransada əsasən gənclər həyat şəraitindən razıdır

Sorğu: Fransada əsasən gənclər həyat şəraitindən razıdır Fransanın Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu (İNSEE) fransızların həyatdan razılıq səviyyəsini öyrənmək üçün tədqiqat aparıb.
Tədqiqatın nəticələri göstərir ki, 2018-ci ildə 16 yaşlı fransızlar arasında həyatdan razılıq səviyyəsi hər 10 nəfər arasında 7 olub. Məlum olub ki, bu, onların maddi vəziyyətindən birbaşa asılıdır. Belə ki, insanlar nə qədər az maddi çətinliklərlə üzləşirlərsə, o qədər çox həyatlarından razı qalırlar.
Bundan əlavə, müəyyən edilib ki, insanların həyatdan razılıq hisslərinə onların sağlamlıqları, yaşları, ailə vəziyyətləri və s. faktorlar da təsir edib. Araşdırmalar müəyyən edib ki, cavanlar həyatlarından yaşlılara nisbətən daha artıq razıdırlar.
Həyatlarından ən çox razılıq edənlər 16-24 yaş arası gənclər, ən çox narazı olanlar isə yaşı 85-i ötən insan qruplarıdır.
Ölüm, boşanmalar, doğum, ailə bağlarının zəifliyi, stres də fransızların həyatdan razılıq səviyyələrinə təsir edən faktorlar arasındadır.
Daha əvvəl məlum olub ki, Fransada aqressiv nümayişçilərə qarşı qanun hazırlanır.

Tehsil-press.az

Oxşar xəbərlər