ADPU-nun əməkdaşı Sahil Qələndərov“Böyük Çin səddi” təqaüd proqramının qalibi olub

ADPU-nun əməkdaşı Sahil Qələndərov“Böyük Çin səddi” təqaüd proqramının qalibi olub UNESKO-nun Çin Xalq Respublikası (ÇXR) ilə birgə 2019-2020-ci tədris ili üçün elan etdiyi “Böyük Çin səddi” təqaüd proqramının nəticələri elan edilib. Proqram üzrə 1 nəfər Azərbaycan vətəndaşının namizədliyi təsdiqlənib.
Qalib namizəd Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Sahil Səfər oğlu Qələndərovun Çinin Şansi Pedaqoji Universitetində ilk olaraq Çin dili üzrə hazırlıq mərhələsi keçdikdən sonra magistratura üzrə “Kurikulum və metodologiya” ixtisası üzrə təhsil alması nəzərdə tutulub.
Qeyd edək ki, təqaüd proqramı çərçivəsində tələbənin təhsil haqqı, yataqxana, eləcə də aylıq təqaüd və tibbi sığorta xərcləri ÇXR tərəfindən, yol xərci isə UNESKO tərəfindən qarşılanacaq.
Biz də bu uğuru münasibətilə Sahil Qələndərovu təbrik edir, həyatda və gələcək təhsilində yeni-yeni uğurlar arzulayırıq.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Oxşar xəbərlər