Tanınmış vəkil: “Elinanın işinə qoşulmağa hazıram!” - MÜRACİƏT

Tanınmış vəkil: “Elinanın işinə qoşulmağa hazıram!” - MÜRACİƏT “Hazırki vəziyyətdə reputasiyam üçün hansı mənfi nəticələr gətirə biləcəcəyini göz önünə alaraq, Elinanın yaxınlarının müraciət edəcəyi və razılığa gələcəyimiz təqdirdə, bu işdə onların hüquqlarını müdafiə etməyə hazıram”.
Bunu tanınmış vəkil Adil İsmayılov Bakıda 162 saylı məktəbdə intihar edən şagird Elina Hacıyevanın işinə qoşulmaq üçün bəyan edib.
“Elinanın işi ilə tam olmasa da, kifayət qədər tanışam. Tanış olduğum materialların əsasında deyə bilərəm ki, iş üzrə aparılmış istintaq çox mülayim desəm, bərbad vəziyyətdədir, dünən müşahidəçi kimi iştirak etdiyim məhkəmə prosesi də bu gedişlə nəyinsə dəyişəcəyinə ümid vermir”,-deyə vəkil bildirib.
Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyevanın bu il aprelin 4-də özünü üçüncü mərtəbədən atdığı, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, sonradan (aprelin 6-da) vəfat etdiyi bildirilmişdi. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət bəsləndiyi qeyd edilir.
E.Hacıyevanın təhsil aldığı 162 saylı məktəbin direktoru Sevinc Abbasovanın, direktor müavini Lalə Məhərrəmovanın, sinif rəhbəri Çimnaz Mehdiyevanın və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayevanın işdən çıxarıldığı açıqlanıb. «Məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib»,- Baş Prokurorluğun açıqlamasında belə yazılıb.

Tehsil-press.az

Oxşar xəbərlər