Elinanın anasına üç vəkil ödənişsiz xidmət göstərəcək

Elinanın anasına üç vəkil ödənişsiz xidmət göstərəcək Bakının 162 nömrəli orta məktəbindən özünü ataraq intihar edən Elina Hacıyevanın hüquqi varisi Sevil Hacıyevaya üç vəkil ödənişsiz hüquqi xidmət göstərəcək.
Artıq vəkillər Azər Nağıyev, Sevinc Əliyeva və Emin İsayev ilə Sevil Hacıyeva arasında müqavilə bağlanıb.
E.Hacıyevanın intiharı ilə bağlı ibtidai istintaqın aparılması müstəntiq E.Cəlilova həvalə edilib.
Vəkillərin birgə bəyanatında qeyd olunur ki, E.Hacıyevanın ölümündə digər şəxslərin, o cümlədən ona tibbi yardım göstərən həkimlərin təqsirinin olub-olmaması istiqamətdə də araşdırmalar davam edir.
Ekspert rəyindən sonra həkimlərin məsuliyyət məsələsi aydınlaşacaq.

Murad Əhməd

Oxşar xəbərlər