BDU-nun Qazax filialına bu il ilk dəfə 4 ixtisasa magistr qəbulu aparılıb

BDU-nun Qazax filialına bu il ilk dəfə 4 ixtisasa magistr qəbulu aparılıb Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev bu ali məktəbin Qazax filialında olub, kollektivlə görüşüb, tədris müəssisəsinin maddi-texniki vəziyyəti ilə maraqlanıb.
Prezident İlham Əliyevin 2016-cı il 29 aprel tarixli Sərəncamı ilə Bakı Dövlət Universitetinin Qazax filialı kimi fəaliyyətə başlayan təhsil ocağında 31 dərs auditoriyası, 2 kompüter otağı, 2 fənn laboratoriyası, 1 fənn kabineti, 2 oxu zalı, idman zalı və digər tədris vasitələri tələbələrin ixtiyarındadır. Filialda çalışan əməkdaşlardan 3 nəfər professor, 20 nəfər elmlər namizədi-dosent, 12 nəfər baş müəllim, 59 nəfər isə müəllim kimi fəaliyyət göstərir.
Yeni tədris ilində filiala respublikanın 58 rayonundan 552 tələbə qəbul olunub, təhsil müəssisəsində 17 ixtisas üzrə 1480 tələbə təhsil alır. Bu il ilk dəfə olaraq 4 ixtisasa magistr qəbulu aparılıb.
Rektor Elçin Babayev filialın binası, auditoriya və laboratoriyaları, maddi-texniki bazası ilə yaxından tanış olub, rəhbərlik və professor-müəllim heyəti ilə söhbətlər aparıb, auditoriyalarda olaraq tələbələrin bilik səviyyələri ilə maraqlanıb.

BDU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər