Məişət zorakılığının qarşısı alınması üçün monitorinq qrupları işləyir - TƏDBİR

Məişət zorakılığının qarşısı alınması üçün monitorinq qrupları işləyir - TƏDBİR Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri üzrə qurumlararası standart fəaliyyət prosedurları adlı tədbir keçirilib. Tədbirin açılışını Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova edib.
S.Qəhrəmanova çıxışında bildirib ki, məişət zorakılığının qarşısı alınması üçün yerlərdə monitorinq qrupları işləyir: "Əgər belə hal baş verərsə, komitəyə xəbərdarlıq edilir və lazımi tədbirlər görülür. Bu problemin aradan qaldırılması üçün həssas və fərdi yanaşma olmalıdır. Qarşıdan gələn bələdiyyə seçkilərində xanımların namizədliyini dəstəkləməz marağındayıq ki, qadınlar bu istiqamətlərdə özlərini inkişaf etdirsin və gender əsaslı zorakılığın qarşısının alınmasında öz köməkliklərini göstərsinlər. Biz bu yaxınlarda Xocalıda əsrlikdə olan qadınla tanışdıq. Ona qarşı olunan zorakılıqları dinlədik. Biz bucür insanlara necə yanaşmamız gərəkdiyini bilməliyik. Biz istəyərdik ki, yerli icra orqanları bu məsələlərə daha həssas yanaşsınlar".
Bundan sonra söz BMT-nin qaçqınlar üzrə ali komisarlığının Azərbaycandakı rəhbərlik qrupunun icraçı direktoru Quido Ambrossoya verilib. O çıxışında qeyd edib ki, cinsi və gender əsaslı zorakılıq insan hüquqlarının pozulmasıdır: "Cinsi və gender əsaslı zorakılıq məsələsi hər bir fərdin münasibətində öz əksini tapır. Bu məsələ çox ciddi və həyati təhlükə yaradan məsələdir. Bundan bizim qadınlar, qızlar, kişilər hamısı qlobal şəkildə əziyyət çəkirlər. Cinsi və gender əsaslı zorakılıq bütün kontekslərdə ən az məlumat verilən məsələdirş BMT-nin qaçqınlar üzrə komisarlığı cinsi və gender əsaslı zorakılığın bütün növlərinin qarşısını almağı, eyni zamanda da zorakılığa məruz qalmış insanların müxtəlif ehtiyyaclarının ödənilməsini öz öhdəmizə götürmək istəyirik".
Sonda isə tədbir mövzu barəsində müzakirələrlə başa çatdı.

Tehsil-press.az

Oxşar xəbərlər