Azərbaycan Milli Məclisinin sədrinin müavini Bahar Muradova beynəlxalq ekspert, BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitəsinin üzvü xanım Pramila Patten ilə görüşüb.
Parlamentin mətbuat xidmətindən tehsil-press.az-a verilən məlumata görə, Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, gender əsaslı zorakılıqla mübarizə dünya qadınları üçün vacib məsələdir. Zorakılıqsız cəmiyyət hər kəsin arzusudur. BMT və onun qurumları ilə fəal əməkdaşlıq edən Azərbaycan bu sahədə də mühüm işlər görür. Milli Məclis lazımi qanunları qəbul edib. Həyatın tələbinə uyğun olaraq zaman-zaman həmin qanunlara müvafiq dəyişikliklər olunur.
Xanım Pramila Patten bildirib ki, hazırkı səfəri “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” adlı 2 illik layihə çərçivəsində baş tutur. Layihənin əsas məqsədi bu sahədə səmərəli cavab mexanizminin yaradılmasında Azərbaycan hökumətinə dəstək verməkdir. Layihənin komponentlərindən biri “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq məişət zorakılığının qarşısının alınması və qurbanların müdafiəsi sahəsində müvafiq qurumlararası əlaqələndirmə şurasının yaradılması, həmçinin Milli Fəaliyyət Planının hazırlanmasıdır. P.Patten qeyd edib ki, hökumət nümayəndələri ilə ölkəmizdə keçirdiyi görüşlər zamanı toplanmış məlumatlar təhlil ediləcək, Milli Əlaqələndirmə Şurasının yaradılması, Milli Fəaliyyət Planının hazırlanması prosesində istifadə olunması üçün tövsiyələr şəklində hökumətə təqdim olunacaq.
Görüşdə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü və qurumun miqrasiya komitəsinin sədri, qadınlara qarşı zorakılıqla mübarizə üzrə AŞPA-nın baş məruzəçisi, həmçinin “Zorakılıqdan azad qadın” parlament şəbəkəsinin rəhbəri və siyasi əlaqələndiricisi Sahibə Qafarova mövzu ilə bağlı çıxış edərək ölkəmizdə görülən işlərdən danışıblar.
Səmərəli fikir mübadiləsinin aparıldığı görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanlı, BMT-nin Əhali Fondunun və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndələri iştirak ediblər.
Tehsil-press.az