Azərbaycan Universitetində “Gender problemi və müasir Azərbaycan” mövzusunda respublika konfransı keçirilib. Konfransın məqsədi Azərbaycanda gender bərabərliyinin təmin olunması məsələsini diqqət mərkəzində saxlamaq, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaq, mövcud problemlərin təhlili və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etməkdən ibarətdir.
Tədbirdən əvvəl konfrans iştirakçıları tərəfindən ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstünün önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.
Konfransı giriş nitqi ilə Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva açıb. Rektor qeyd edib ki, gender bərabərliyinin təmin olunması aktual mövzu olaraq bütün cəmiyyətimizin diqqət mərkəzindədir. Azərbaycan qadını bu gün cəmiyyətimizin inkişafı və müstəqilliyimizin möhkəmlənməsi naminə öz töhfələrini verir. Azərbaycan qadını bu gün təhsil və intellektual potensialına görə dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə edilir. Azərbaycan qadınının bütün uğurlarının təməlində ümumilli lider Heydər Əliyevin qurduğu qadın siyasəti amili və bu gün bu siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva isə yalnız ictimai-siyasi fəaliyyəti ilə deyil, həm də milli-mənəvi dəyərlərimizin, mədəni irsimizn qorunmasında ardıcıl fəaliyyəti ilə bütün Azərbaycan qadınları üçün örnəkdir. Səadət Əliyeva çıxışında konfransda aparılacaq müzakirələrin dövlətimiz tərəfindən bu istiqamətdə aparılan siyasətə öz töhvəsini verəcəyinə inandığını da bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova gender münasibətləri promlemlərinin ailədə həll olunmasının vacibliyinə toxunub. Azərbaycan Respublikasının prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev gender bərabərliyinin təmin olunmasının konstitusion əsasları haqqında danışıb.
Azərbaycan Respublikasında İnsan Hüquqları üzrə müvəkkilin Gender məsələləri üzrə müşaviri Lamiyə Zeynalova qeyd edib ki, Azərbaycanda gender bəraəbərliyinin təmin olunması istiqamətində hüquqi baza yaradılıb, amma problemlər hələ də qalır. Qadınlara qarşı sosial diskriminasiya və onların pozulmuş hüquqlarının bərpa olunması ombusdman aparatının daim diqqət mərkəzindədir.
“Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, prof. Fuad Məmmədov çıxışında qanunların icra olunması mədəniyyətinin vacibliyini ön plana çıxarıb. AMEA Fəlsəfə İnstitutu Müasir siyasətin fəlsəfəsi şöbəsinin müdiri, prof. Rəna Mirzəzadə çıxışında genderin tarixi təşəkkülü haqqında danışıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov çıxışında ölkəmizdə gender bərabərliyinin təmin edilməsi ilə bağlı statistik mənzərəni təqdim edib.
Plenar iclasda isə psixologiya üzrə fəlsəfə doktoru, prof. Rəna İbrahimbəyovanın “Azərbaycanda gender münasibətlərinin tarixindən” və filologiya elmləri doktoru, prof. Asif Hacıyevin “Bədii yaradıcılığın gender aspektləri və feminist tənqid” mövzularında çıxışları dinlənilib.
Fasilənin ardından konfrans öz işini - Gender tarixi, Ədəbiyyatda və dində gender problemi, Genderin hüquqi aspektləri olmaqla üç bölmədə davam etdirib.
Konfransa 100-ə yaxın məqalə qəbul olunub, konfrans materialları toplu şəklində çap olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi