Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 aprel 2011-ci il tarixli 656 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar” əsasında 2018/2019-cu tədris ilində Azərbaycan Dillər Universitetinin akkreditasiya qiymətləndirilməsi keçirilib və qiymətləndirilmənin nəticələri açıqlanıb.
Qərara əsasən Azərbaycan Dillər Universiteti akkreditasiyadan keçmiş hesab olunub və tipi ali təhsil müəssisəsi, növü universitet kimi müəyyənləşdirilib. Azərbaycan Dillər Universitetinin akkreditasiyasının etibarlılıq müddəti 2019-2024-cü tədris illəri üzrə müəyyən olunub.
Eyni zamanda Azərbaycan Dillər Universitetinin təhsil proqramları (ixtisaslar və ixtisaslaşmalar) 2019-2024-cü tədris illəri üzrə mütəxəssis hazırlığını həyata keçirmək məqsədilə akkreditasiyadan keçmiş hesab olunub.
ADU-nun ali təhsil müəssisəsi kimi 2019-2024-cü illər üçün akkreditə olunmuş ixtisasların (ixtisaslaşmaların) siyahısı da dərc olunub. Akkreditasiya haqqında Azərbaycan Respublikasın Təhsil Nazirliyinin sertifikatı Azərbaycan Dillər Universitetinə təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin 2019/2020-ci il tədris ilində qəbul göstəricisi 95 faiz olub. Statistika göstərir ki, universitetə maraq ildən ilə artmaqdadır. Bunun səbəblərindən biri müasir dövrdə xarici dillərə yaranan ehtiyac olsa da, əsas səbəb tədrisin keyfiyyətinin yüksək olması ilə bağlıdır. ADU-nun nüfuzu, universitetdə təşkil olunan tələbəyönümlü, mobil, yüksəkkeyfiyyətli tədris və bu istiqamətdə davam edən işlər sayəsində qəbul səviyyəsi hər il artan dinamika ilə özünü göstərtir.

ADU-nun Mətbuat Xidməti