İyunun 28-də Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil fakültəsində 2018/2019-cu tədris ilinin yaz semestrinin yay imtahan sessiyasını müşahidə etmək məqsədilə mediatur təşkil olunub.
Mediaturda iştirak edən kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri və valideynlər universitetin bir neçə auditoriyasında imtahanların gedişini izləyiblər.
Bildirilib ki, imtahan sessiyası əyani şöbədə iyulun 5-dək davam edəcək. İmtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 3 saat müəyyənləşdirilib. 2018/2019-cu tədris ilinin yaz semestrinin yay imtahan sessiyasını müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə ADU-nun rektoru, akademik Kamal Abdulla tərəfindən müvafiq əmr imzalanıb.
Əmrdə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunaraq beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, biliyin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, həmçinin imtahanlarda baş verə biləcək neqativ halların qarşısını almaq üçün tədbirlərin görülməsi, imtahan nəzarətçiləri və fənn müəllimləri ilə hər imtahandan əvvəl müvafiq izahat işləri aparılması, tələbələrin müraciətləri əsasında imtahanların nəticələri üzrə apellyasiya ərizələrinə baxılmasının növbəti imtahana qədər təşkil edilməsi nəzərdə tutulub. Əmrə əsasən, tələbə təşkilatlarının və valideynlərin imtahan sessiyasını izləmələri təmin edilib.
Qeyd edək ki, ADU-da 2018/2019-cu tədris ilinin yaz semestrinin yay imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, habelə imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülməsinə kömək məqsədilə imtahan qərargahı fəaliyyət göstərir.
Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib.

ADU-nun Mətbuat Xidməti