Akkreditasiya komissiyasının üzvləri üçün təlim keçirilib

Akkreditasiya komissiyasının üzvləri üçün təlim keçirilib Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin təşkilatçılığı ilə 2017-2018-ci tədris ilində akkreditasiyası keçiriləcək ali təhsil müəssisələrinin akkreditasiya komissiyalarının sədr və sədr müavinləri üçün təlim keçirilib.
Təlimin məqsədi akkreditasiya prosesinin təkmilləşdirilməsi və komissiya üzvlərinin professional bacarıqlarının artırılmasına dəstək göstərməkdir.
Simulyasiya formatında təşkil olunan təlim zamanı ekspertlər özünütəhlil hesabatı nümunələri ilə tanış olub, müsahibələrin keçirilməsi üzərində qrup tapşırıqları yerinə yetiriblər.
Sonda akkreditasiya komissiyalarının üzvləri akkreditasiya prosesində qarşıya çıxan bir sıra məqamlarla bağlı suallarını ünvanlayıb, ətraflı fikir mübadiləsi aparılıb.
Akkreditasiya və Nostrifikasiya İdarəsi akkreditasiya prosesinin keyfiyyətinin artırılması üçün həm ali təhsil müəssisələrinin əməkdaşları, həm də akkreditasiya komissiyaları üzvləri üçün bu cür təlimlərin keçirilməsini davam etdirəcək.

Kəmalə Rəhimli

Oxşar xəbərlər