Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” və Təhsil Nazirliyinin qərarı ilə təsdiqlənmiş “Təhsil müəssisələrinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar” əsasında Bakı Ali Neft Məktəbinin (BANM) dövlət akkreditasiyası keçirilib.
Nəticə olaraq ali məktəb Təhsil Nazirliyinin akkreditasiya haqqında sertifikatını əldə edib. Bu ali məktəbin neft-qaz mühəndisliyi, kimya mühəndisliyi və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları artıq 2022/2023-cü tədris ilinədək akkreditə olunmuş hesab olunur.
Qeyd edək ki, BANM-in indiyədək iki məzun buraxılışı olub. Ali məktəbin məzunları yerli və transmilli şirkətlərdə 100 faiz işlə təmin olunublar. Təhsillərini davam etdirmək istəyən məzunlar isə Azərbaycanın və dünyanın nüfuzlu universitetlərində magistratura və PhD pilləsində təhsil alırlar.
Eyni zamanda, BANM ölkə üzrə ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001 (Ekologiya idarəetmə sistemləri), OHSAS 18001 (Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemləri) və ISO 10002 (Müştəri məmnuniyyəti – şikayətlərin idarə edilməsi üzrə rəhbər göstərişlər) sertifikatlarını almış yeganə ali təhsil müəssisəsidir.

BANM-in Mətbuat Xidməti