Sinqapur İdarəetmə İnstitutunun əməkdaşları Azərbaycan Turizm və Menecment Universitetində olublar

Sinqapur İdarəetmə İnstitutunun əməkdaşları Azərbaycan Turizm və Menecment Universitetində olublar Sinqapur İdarəetmə İnstitutunun Özbəkistan Respublikasında fəaliyyət göstərən nümayəndəliyinin əməkdaşları Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olublar.
Rektor İlham Mədətov qonaqlara ATMU-nun yaranma tarixi, fəaliyyət strategiyasında başlıca hədəf, tədris-təhsil prosesində keyfiyyət amilinin təkmilləşdirilməsi, beynəlxalq əlaqələrin mütəmadi inkişaf etdirilməsi və proqnozlaşdırılan perspektiv planlar barədə ətraflı məlumat verib. Söhbət əsnasında ölkəmizdə turizm sənayesinin dinamik inkişafı və əldə edilən uğurlarla bağlı fikir mübadiləsi aparılıb, həmçinin Özbəkistan–Azərbaycan əlaqələri və adıçəkilən hər iki ali təhsil müəssisəsi arasında mövcud imkanlardan yararlanmaqla, tərəfdaşlığın daha da möhkəmlənməsi təklifi məqsədəuyğun sayılıb.

ATMU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər