Turizmin müasir vəziyyəti və inkişaf istiqamətləri barədə müzakirələr aparılıb

Turizmin müasir vəziyyəti və inkişaf istiqamətləri barədə müzakirələr aparılıb Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov İran İslam Respublikasının Mədəniyyət Mərkəzinin rəhbəri Əsgər Farsini ilə görüşüb.
Görüşdə hər iki ölkədə turizmin müasir vəziyyəti, inkişaf istiqamətləri, qarşıya çıxan problemlərin səmərəli həlli yollarına dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, müvafiq səviyyədə ikitərəfli əməkdaşlığın konturları müzakirə edilib.
Ölkələrimiz arasında mövcud əlaqələrin gündən-günə daha da genişlənməsindən məmnunluğunu bildirən İ.Mədətov universitetin fəaliyyət tarixi, beynəlxalq əlaqələri, perspektiv planları haqqında qonağa ətraflı məlumat verib.

ATMU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər