“Mobillik” layihəsi çərçivəsində Finlandiyanın Kaajani Universitetinin əməkdaşları Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olublar.
Universitet rektorunun səlahiyyətlərini icra edən Eldar Aslanovla görüşdə layihə çərçivəsində görülən işlər və perspektivlər barədə müzakirələr aparılıb.
E.Aslanov qonaqlara Azərbaycanın turizm potensialı, bu sahənin inkişafı istiqamətində aparılan işlər və mütəxəssis hazırlığı barədə məlumat verib, universitetin bu cür layihələrin icrasında maraqlı olduğunu deyib.
Görüşdə, həmçinin layihə çərçivəsində mobilliyə cəlb olunacaq müəllim və tələbələrin seçim prosesi, yerləşmə imkanları barədə fikir mübadiləsi aparılıb, ATMU-da tədrisin keyfiyyətinin inkişafı istiqamətində hazırlanan yeni layihələrdə əməkdaşlığın mümkünlüyü məsələsinə baxılıb.
Qeyd edək ki, “Mobillik” layihəsi Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində həyata keçirilir.

ATMU-nun Mətbuat Xidməti