Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Dövlət Turizm Agentliyinin dəstəyi və bu ali məktəbin təşkilatçılığı ilə “ISO 9001:2015 keyfiyyət idarəetmə sistemi” mövzusunda keçirilən təlimlərə yekun vurulub.
“ISO 9001:2015 keyfiyyət idarəetmə sistemi” çərçivəsində yeni standartların tətbiqinə dair təlimlərə turizm və qonaqpərvərlik fakültəsinin və müvafiq struktur bölmələrinin məsul əməkdaşlarından ibarət işçi qrupu qatılıb. Təlimlərin keçirilməsində əsas məqsəd “ISO 9001” beynəlxalq standartının “2015 versiyası”nın tətbiqi, auditə hazırlıq mərhələsinin təşkili, turizm və qonaqpərvərlik fakültəsinin, eyni zamanda, əlaqəli şöbələrin “ISO keyfiyyət sertifikatları”na sahiblənmələrini təmin etməkdir.
Üçgünlük təlimdə uğur qazanan işçi qrupu növbəti mərhələdə “ISO 9001:2015 keyfiyyət idarəetmə sistemi” çərçivəsində yeni standartların universitetdə tətbiqi prosesində birbaşa iştirak hüququ qazanıb.
“TedQual” və “ISO keyfiyyət” sertifikatlarının əldə edilməsindən ötrü ATMU-da təlim-tədris-tədqiqat sahəsində fəaliyyətin yenidən qiymətləndirilməsi prosesinə başlanılıb.
Qeyd edək ki, hazırda dünyanın 30-a yaxın universiteti ”ISO keyfiyyət” sertifikatının sahibidir.

ATMU-nun Mətbuat Xidməti