Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv dövlətlərinin Baş Assambleyasının 59-cu sessiyası keçirilib. Sessiyada beynəlxalq əqli mülkiyyət sisteminin inkişafı istiqamətləri müzakirə edilib, müxtəlif komitələrin hesabatları dinlənilib, regional qrup və üzv dövlətlərin nümayəndələrinin çıxışları olub. Sessiya çərçivəsində və regional komitələrdə, eləcə də əqli mülkiyyət sahəsində qəbul olunan konvensiyaların assambleyalarında mühüm qərarlar qəbul olunub, rəhbər orqanlara seçkilər keçirilib.
“Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasına qoşulan dövlətlərin Assambleyasına yeni sədr seçkisi də olub. Seçkidə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Bern Konvensiyası Assambleyasına sədr seçilib.
Bern Konvensiyası əqli mülkiyyətin qorunması sahəsində qəbul edilmiş ən qədim hüquqi sənədlərdən biridir. 1886-cı ildə qəbul olunan, sonralar əlavələr edilən və müasirləşdirilən Konvensiyaya hazırda dünyanın əksər ölkələri qoşulub. Ölkəmiz 1998-ci ildə bu Konvensiyaya qoşulub. İlk dəfədir ki, Azərbaycan nümayəndəsi bu Konvensiyaya qoşulan dövlətlərin Assambleyasına sədr seçilib.
K.İmanov, həmçinin qeyd edib ki, “Sənaye mülkiyyətinin qorunması haqqında” Paris Konvensiyası ilə yanaşı, Bern Konvensiyası əqli mülkiyyət üzrə ən mühüm sənəddir və Azərbaycan nümayəndəsinin Assambleyaya sədr seçilməsi Azərbaycanda bu sahədə görülən işlərə verilən qiymətdir.
Qeyd edilib ki, Azərbaycan bu gün sürətlə inkişaf edir, bu inkişaf Prezident İlham Əliyevin təşəbbüs və səyləri nəticəsində yeni islahatlar mərhələsindən ibarətdir. Bu islahatlar bizə innovasiya mərhələsinə qədəm qoymaq imkanı yaradır. İnstitusional islahatlar çərçivəsində yeni yaranan Əqli Mülkiyyət Agentliyinin məqsədi və əsas vəzifələri də aparılan iqtisadi islahatlara təkan və dəstək verməkdir.
Tehsil-press.az