Azərbaycan nümayəndə heyəti Ümumdünya Əqli Mülkiyyət Təşkilatına üzv dövlətlərin assambleyasının 59-cu sessiyasında iştirak edir

Azərbaycan nümayəndə heyəti Ümumdünya Əqli Mülkiyyət Təşkilatına üzv dövlətlərin assambleyasının 59-cu sessiyasında iştirak edir Sentyabrın 30-da Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv dövlətlərin assambleyasının 59-cu sessiyası başlayıb.
Beynəlxalq təşkilata üzv olan 192 dövlətdən mindən çox təmsilçinin qatıldığı sessiyanın gündəliyində bir sıra beynəlxalq əhəmiyyətli məsələlər, ÜƏMT komitələrinin, o cümlədən ÜƏMT-nin rəhbər orqanları olan Əlaqələndirmə Komitəsinin, Proqram və Büdcə Komitəsinin hesabatları, həmçinin həmin komitələrin növbəti iki il müddətinə (oktyabr 2019 - oktyabr 2021) yeni üzvlərinin təsdiq edilməsi və digər məsələlər dayanır.
Beynəlxalq tədbirdə Azərbaycanı Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Sessiyanın açılışında ÜƏMT-nin Baş direktoru Frensis Qarri hesabatla çıxış edib. O, ötən sessiyadan keçən dövr ərzində təşkilatın fəaliyyətinə nəzər salıb, beynəlxalq əməkdaşlıq, ÜƏMT və üzv ölkələr arasında əməkdaşlıq, müasir texnologiyaların inkişafı fonunda əqli mülkiyyət hüquqlarının qorunması məsələləri, beynəlxalq patentlər, müəllif hüquqları ilə bağlı arbitraj fəaliyyətinin təşkili və digər məsələlər ətrafında çıxış edib. Sonra təşkilata üzv ölkələrin nümayəndələri çıxışlara başlayıblar.
Qeyd edək ki, səfər çərçivəsində ölkəmizin nümayəndə heyətinin ÜƏMT-nin Baş direktoru Frensis Qarri ilə görüşü, eləcə də Azərbaycan nümayəndəsinin Baş Assambleyanın sessiyasında çıxışı nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər