Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Fransanın Lumiere Lion 2 Universitetinin hüquq fakültəsinin dekanı, professor Giyoni Protyer ilə görüşüb.
K.İmanov Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanda sosial-iqtisadi islahatların uğurla reallaşdırılması, eləcə də iqtisadiyyatın diversifikasiyasının və innovativ inkişaf yolunun tərkib hissəsi kimi əqli mülkiyyət sahəsinin inkişafına yönəlmiş institusional islahatlar barədə qonağa məlumat verib. O, Agentliyin ölkəmizdə əqli mülkiyyət hüquqları sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxs olduğunu, əqli mülkiyyət hüquqları sahəsində vahid dövlət siyasətini formalaşdırdığını və bu siyasətin həyata keçirilməsini təmin etdiyini bildirib. Azərbaycanın müəllif-hüquq sisteminin Avropa doktrinasına, xüsusilə də Fransa sisteminə əsaslandığını qeyd edən Agentliyin sədri ümumilikdə əqli mülkiyyət sahəsində ölkəmizdə geniş islahatların aparılmasını nəzərə çatdırıb.
Bakı Dövlət Universiteti və Lion Universiteti arasında əqli mülkiyyət hüququ üzrə birgə magistr proqramının təşkil olunmasını yüksək qiymətləndirən K.İmanov Agentliyin hər zaman təhsil proqramlarına dəstək verdiyini vurğulayıb, iki təhsil müəssisəsi arasında həyata keçiriləcək bu layihənin Azərbaycan-Fransa əməkdaşlığına töhfə verəcəyinə əminliyini bildirib.
Giyoni Protyer təmsil etdiyi universitetin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında ilk dəfə məhz Azərbaycan ilə bu sahədə layihə reallaşdırdığını diqqətə çatdırıb. O, Lion Universitetinin əqli mülkiyyət sahəsində 15 illik təcrübəsini Bakı Dövlət Universiteti ilə bölüşmək, hər iki universitetin hüquq fakültələrinin magistratura pilləsində əqli mülkiyyət hüququ sahəsində ikili diplom proqramı üzrə kadr hazırlığına başlamaq niyyətində olduqlarını qeyd edib. Fransalı professor bu layihənin həyata keçirilməsində Əqli Mülkiyyət Agentliyinin də yaxından iştirak etməsində maraqlı olduqlarını bildirib.
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev “Əqli mülkiyyət hüququ” fənninin tədrisi məsələsində Agentliyin hər zaman onlara yardım etdiyini, bu qurumun bir neçə əməkdaşının hazırda fakültədə müəllim kimi çalışdığını bildirib. O, Agentliyin rəhbərliyinə bu layihənin başlanmasında göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Tehsil-press.az