Bakıda “Patent hüquqlarında müasir istiqamətlər” mövzusunda regional seminar öz işinə başlayıb. Tehsil-press.az-ın məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK), Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Avrasiya Patent Təşkilatının (AAPT) təşkilatçılığı ilə keçirilən regional seminar 2 gün davam edəcək.
Seminarda çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Niyazi Rəhimov ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsində əqli mülkiyyətin rolu və bu sahədə mövcud olan aparıcı təşkilatlarla əməkdaşlıq əlaqələrini xüsusi vurğulayıb. Onun sözlərinə görə, cari iqtisadi proseslər Azərbaycanda qeyri neft sahəsinin, sənaye və ticarətin daha da inkişaf etdirilməsi zərurətini artırmaqdadır.
O qeyd edib ki, hüquqi dövlət quruculuğu nəticəsində ölkəmizdə əqli mülkiyyət hüquqlarının qorunması və effektiv idarə olunması üçün müasir hüquqi-normativ baza yaradılıb, texnologiyalar üzərində müstəsna hüquq sahibləri və sənaye arasında münasibətlərin tənzimlənməsi, bununla da innovasiyaların sənayedə daha da geniş tətbiq edilməsi üçün bütün lazımi hüquqi şərait yaradılıb. N.Rəhimov təşkil olunan bu seminarın da əsas məqsədinin məhz əqli mülkiyyət obyektəri üzərində hüquqların düzgün müəyyən olunması və qorunması mexanizmlərindən məlumatlılığın artırılmasına xidmət etdiyini bildirib.
ÜƏMT-nin İnkişaf etməkdə olan və inkişaf etmiş ölkələr departamentinin nümayəndəsi İlya Qribkov Azərbaycanla əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib O, Azərbaycanın ÜƏMT ilə əməkdaşlıq çərçivəsində bir sıra mühüm layihələrin həyata keçirildiyini və Azərbaycanın bu layihələrin hər zaman uğurlu icraçısı kimi yadda qaldığını bildirib.
Avrasiya Patent Təşkilatının (AAPT) prezidenti xanım Saule Tlevlesova Azərbaycanda olmağından məmnunluğunu bildirib. Xanım Tlevlesova əqli mülkiyyət sahəsində Azərbaycanın uğurlarını, əqli mülkiyyət sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə həyata keçiriləcək işlər və gələcəkdə əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyindən əminliyini də qeyd edib.
Seminarda “Üzv ölkələrdə əqli mülkiyyət sisteminin inkişafı sahəsində ÜƏMT-nin fəaliyyəti”, “Patentlərin qorunması və istifadəsində müasir istiqamətlər”, “Beynəlxalq patent sisteminin ən yeni nailiyyətləri”, “Patent sahəsində Azərbaycan qanunvericiliyi, norma yaradıcılığı fəaliyyəti”, “Patentlərin səmərəliliyi”, “Əczaçılıq sahəsində patent qabiliyyətinin qiymətləndirilməsi” və s. mövzularda məruzələr dinlənilib.
Seminarda adı çəkilən qurumların nümayəndələri ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının, Müəllif Hüquqları Agentliyinin, Rusiya Federasiyasının, Özbəkistan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistanın patent idarələrinin rəsmi nümayəndələri də iştirak edirlər.
Tehsil-press.az