Tələbələrə kapital bazarı alətləri və infrastrukturuna dair maarifləndirici seminar keçirilib

Tələbələrə kapital bazarı alətləri və infrastrukturuna dair maarifləndirici seminar keçirilib Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycan Texniki Universitetində maliyyə və iqtisadiyyat ixtisasları üzrə təhsil alan tələbələrə “Kapital bazarı alətləri və infrastrukturu” mövzusunda maarifləndirici seminar keçirib.
Seminarda dünyada və Azərbaycanda səhm və istiqraz bazarları, qiymətli kağızların emissiyası, fond birjasında kütləvi ticarət və bazarlara investisiyalar haqqında tələbələrə ətraflı məlumat verilib.
İnteraktiv metodlar və dialoq formasında keçirilən seminar çərçivəsində kapital bazarları alətləri və infrastrukturu, kapital bazarlarından maliyyələşmə, kapital bazarlarında investisiyalar, investisiya xidmətlərinin növlərinə dair nəzəri və praktiki mövzular müzakirə olunub.
Təcrübə və diskussiyalarla zəngin olan təlimdə 25 tələbə iştirak edib.

Tehsil-press.az

Oxşar xəbərlər