"Kapital Bank" səhm sahiblərinə dividendlərin ödənilməsinə başlayacaq

İyunun 1-dən etibarən "Kapital Bank"ın səhm sahiblərinə dividendlərin ödənilməsinə başlanacaq.
Bankdan tehsil-press.az-a bildiriblər ki, bu barədə qərar "Kapital Bank"ın səhmdarlarının növbəti ümumi yığıncağında qəbul edilib. Dividendləri almaq üçün paytaxtda yaşayan səhmdarlar Bakı şəhəri, Füzuli küçəsi 71 ünvanına, respublikanın digər şəhər və rayonlarında yaşayan səhmdarlar isə "Kapital Bank"ın yerli filiallarına şəxsiyyəti təsdiq edən sənədlə müraciət edə bilərlər.


Tehsil-press.az

Oxşar xəbərlər