Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Bakıda keçirdiyi "Müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarə edilməsi: əsas prinsiplər və beynəlxalq təcrübə" mövzusunda beynəlxalq regional seminar oktyabrın 30-da işini davam etdirir.
Seminarın ikinci günündə "Kollektiv idarəetməyə strateji yanaşma: qanuni/məcburi kollektiv idarəetmə; müstəsna hüquqlar; könüllü kollektiv idarəetmə; dövlət və özəl kollektiv idarəetmə təşkilatları", "Kollektiv idarəetmədə nümunəvi idarəçilik: təcrübə mübadiləsi; ÜƏMT-nin kollektiv idarəetmə təşkilatları üçün təcrübə aləti", "Kollektiv idarəetmə təşkilatlarının peşəkar və səriştəli heyəti: təlim və potensialın artırılması; ÜƏMT Akademiyasının təqdim etdiyi xidmətlər", "Texnoloji infrastruktur və sənədləşmə; WIPO Connect və digər informasiya texnologiyaları həlləri" mövzularında məruzələr dinlənilir və müzakirələr aparılır.
Qeyd edək ki, böyük maraqla qarşılanan bu beynəlxalq tədbirdə Polşa, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan və digər ölkələrdən xarici qonaqlar iştirak edirlər. Həmçinin ÜƏMT, CISAC, Avrasiya İqtisadi Komissiyası, Sony-Music kimi beynəlxalq təşkilatlar geniş təmsil olunur.
Tehsil-press.az