BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçiriləcək

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçiriləcək Bakı Dövlət Universitetində (BDU) “Məktəblilərarası Astronomiya Olimpiadası” keçiriləcək.
Layihənin məqsədi şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya geniş yer verilməsi, cəmiyyətin bu sahəyə daha çox təşviq edilməsidir.
Bakı şəhəri üzrə ümumtəhsil məktəblərini əhatə edən olimpiadada IX-X sinif şagirdləri bilik və bacarıqlarını nümayiş etdirə biləcəklər.
Olimpiadanın təşkilatçıları BDU, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasıdır.
Qeyd edək ki, olimpiada Təhsil Nazirliyinin “İnkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi” çərçivəsində həyata keçiriləcək, qaliblər sertifikat və hədiyyələrlə mükafatlandırılacaq.
İştirak etmək üçün aşağıdakı linkdən və ya təşkilatçıların internet səhifələrindən qeydiyyatdan keçmək olar: http://bsu.edu.az/az/news/bduda_mktblilraras_astronomiya_olimpiadas_keirilck
Qeydiyyat noyabrın 10-u saat 23:59-dək davam edəcək.

BDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər