Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə məntiq olimpiadası keçiriləcək

Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə məntiq olimpiadası keçiriləcək Bakı Dövlət Universiteti (BDU), “Master School” tədris mərkəzi, MilliSoft İT və Proqramlaşdırma mərkəzi, “Eduline” xarici dil mərkəzi və Azərbaycan universitetləri “facebook” səhifəsinin təşkilati dəstəyi ilə məntiq olimpiadası keçiriləcək.
Universitetin 100 illik yubileyinə həsr olunan olimpiadada bütün ali təhsil müəssisələrinin I, II, III kurs tələbələri iştirak edə bilərlər. Olimpiada qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılacaq və sertifikatla təltif olunacaqlar. Birinci yerin qalibinə “Iphone X” markalı telefon, ikinci yerin qalibinə notbuk, üçüncü yerin sahibinə planşet, dördüncü və beşinci yerin sahiblərinə isə pul mükafatı veriləcək. Növbəti 15 yerin sahibinə magistratura hazırlığına 25 faiz, imtahanda iştirak edən bütün iştirakçılara isə 20 faiz endirim kuponu təqdim ediləcək.
Olimpiadanın birinci mərhələsi aprelin 27-də BDU-nun 1 saylı korpusunda, ikinci mərhələsi isə mayın 12-də “Master School” tədris mərkəzində (28 may filialı) keçiriləcək. Qaliblər hər iki tur başa çatdıqdan sonra müəyyənləşəcək.
İştirak etmək istəyənlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
https://docs.google.com/forms/d/e/1FAIpQLSdHW-Ab9dmFXVNTMDIiBNtuURpn9ehDglZJ1wtTo_PfSPePrg/viewform?usp=pp_url
Olimpiadaya gələrkən şəxsiyyət vəsiqəsi və tələbə bileti ilə yaxınlaşmaq mütləqdir.

BDU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər