Milli-mənəvi dəyərlər mövzusunda görüşlər

Milli-mənəvi dəyərlər mövzusunda görüşlər Ümumtəhsil müəssisələrində çalışan tarix müəllimləri ilə “Milli-mənəvi dəyərlərimiz mövcudluğumuz, tariximiz, kimliyimizdir” mövzusunda dəyirmi masalar keçirilir.
Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil olunan dəyirmi masaların əsas məqsədi milli-mənəvi dəyərlərimizi qorumaq, şagirdləri bəşəri dəyərlər ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini gücləndirməkdən ibarətdir.
Paytaxtın 12 inzibati rayonu üzrə keçirilən görüşlərdə uşaq və gənclərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, onların mütərəqqi dünyagörüşünə malik şəxsiyyət kimi formalaşması, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyüməsi istiqamətində görülən işlər barədə müvafiq tövsiyələr verilir.
Görüşlər zamanı qeyd edilən məsələlərlə bağlı müəllimlərlə fikir mübadiləsi aparılır, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilir.

Tehsil-press.az

Oxşar xəbərlər