Paytaxt məktəbliləri arasında “Mənəvi dəyərlərimiz məktəblilərin gözü ilə” mövzusunda inşa yazı müsabiqəsinin şəhər mərhələsi keçiriləcək.
Müsabiqə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərin IX, X və XI sinif şagirdləri arasında təşkil olunub.
Müsabiqənin əsas məqsədi şagirdləri milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini gücləndirmək, habelə sərbəst fikir, düşüncə tərzini formalaşdırmaq və ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirməkdən ibarətdir.
BŞTİ və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə keçirdiyi ikimərhələli (məktəbdaxili, şəhər) müsabiqədə şagirdlər həcmi 250-300 sözdən ibarət yazı təqdim edirlər.
Müsabiqənin şəhər mərhələsində məktəbdaxili mərhələdən keçən 200-dək şagirdin iştirakı nəzərdə tutulur.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaq.

BŞTİ-nin Mətbuat Xidməti